ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşnerdən ibarət Amerika nümayəndə heyəti Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Berlinə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Onlar 14 dekabr səhəri Berlinin mərkəzindəki otelə gəliblər. ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar Avropa ölkələrinin iştirakı ilə Berlində davam edəcək. Əvvəlcə danışıqlar siyasi məsləhətçilər səviyyəsində qapalı qapılar arxasında keçiriləcək. Alman danışıqçılarının da iştirakı gözlənilir.
Bakı 



