• Bakı C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Almaniyanın Puma şirkəti Rusiyada iki ticarət nişanını qeydiyyata alıb

DÜNYA

15 Dekabr 2025 | 00:30

Almaniyanın Puma şirkəti Rusiyada iki ticarət nişanını qeydiyyata alıb

İdman ayaqqabıları, geyimləri, əşyalar və ətirlər istehsalında ixtisaslaşmış Almaniyanın Puma şirkəti Rusiyada Puma loqosu ilə iki ticarət nişanı qeydiyyatdan keçirib.

Bakıvaxtı.az xəbər verir ki, qeydiyyat üçün müraciətlər 26 avqust 2024-cü il tarixində ABŞ-nin Federal Əqli Mülkiyyət Xidmətinə (Rospatent) təqdim edilib. 

Ticarət nişanları Beynəlxalq Mal və Xidmət Təsnifatının (ICGS) dörd sinfində (№ 12, № 18, № 25, № 26) qeydiyyata alınıb ki, bunlara digərləri ilə yanaşı, idman geyimləri, fitnes avadanlığı və velosipedlər, eləcə də dəri məmulatları istehsalı daxildir.

Qeyd edək ki, 2022-ci ilin mart ayında Puma Rusiyada satışlarını dayandırmışdı.


SON XƏBƏRLƏR

17 Yanvar 2026