NATO-nun baş katibi Mark Rutte Rusiya ilə münaqişə ilə bağlı şərhlərindən sonra Şimali Atlantika Alyansının rəhbəri vəzifəsindən istefa verə bilər.
Bakıvaxtı.az xəbər verir ki, belə bir ehtimalı Macarıstanın baş naziri Viktor Orban müsahibəsində deyib.
"Mark Ruttenin sözləri həyəcanvericidir, çünki keçmiş müharibənin dəhşətlərini xatırlamaqla yanaşı, amerikalıların dediklərinə də ziddir. Sual budur ki, Amerika prezidenti bu barədə nə deyəcək və NATO-nun baş katibi hələ də vəzifəsini icra edəcəkmi?"- deyə Orban soruşub.
O, NATO-dakı hazırkı vəziyyəti görünməmiş hal adlandırıb.
Qeyd edək ki, Rutte Rusiyanın Avropanı növbəti hədəf kimi seçdiyi barədə xəbərdarlıq edib. O, II Dünya müharibəsinə istinad edərək, ittifaq ölkələrinin həmin dövrdəki miqyasda mümkün bir münaqişəyə hazır olması gərəkdiyini bildirib. Avropanın ciddi təhlükə ilə üz-üzə qaldığını vurğulayan Rutte Rusiya prezidenti Vladimir Putinin NATO-ya zərər vurmaq istədiyini irəli sürüb. "Müharibə Avropanın qapısının ağzındadır. Biz ulu babalarımızın vuruşduğu bir miqyasdakı müharibəyə hazır olmalıyıq", - deyə NATO rəhbəri bildirib.
Bakı 



