• Bakı C

    0.36 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

İsrailin hücumlarındandan sonra Iivanda üç nəfərin öldü

DÜNYA

14 Dekabr 2025 | 19:18

İsrailin hücumlarındandan sonra Iivanda üç nəfərin öldü

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş avadanlıqları (PUA) Livanın cənubundakı yerüstü hədəflərə dəqiq zərbələr endirib və nəticədə üç nəfər həlak olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı hesabatda bildirilir.

Mətndə qeyd olunur ki, PUA-lar sərhəd bölgəsi olan Tir bölgəsindəki Cavai kəndi yaxınlığında və Safed və Baraşit şəhərləri arasındakı magistral yolda nəqliyyat vasitələrinə hücum edib. İçəridəki iki vətəndaş xəstəxanalara aparılıb və orada aldıqları yaralardan ölüblər.

Hesabatda bildirilir ki, günün əvvəlində Bint Jbeil sərhəd bölgəsindəki Yater şəhərində motosiklet sürən daha bir livanlı kişi həlak olub. Partlayış nəticəsində yaxınlıqdakı bir yolçu yaralanıb və ona tibbi yardım göstərilib.

Livanın cənub-şərqindəki Şebaa bölgəsində İsrail dronları tikinti işləri üçün istifadə edilən iki ekskavatoru məhv edib. Tələfat barədə məlumat verilməyib.
 


SON XƏBƏRLƏR

14 Dekabr 2025