• Bakı C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Şəhid atası vəfat etdi - FOTO

CƏMİYYƏT

14 Dekabr 2025 | 14:48

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin atası Yalçın Şıxəliyev vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, mərhum bu gün Hacıqabul rayonunun Meyniman kənd qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, “Mixaylo” ləqəbli, 1996-cı il təvəllüdlü Mehti Şıxəliyev kiçik gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib. O, 2020-ci il noyabrın 10-da Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz ölümündən sonra “Qarabağ” ordeni, eləcə də “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.


SON XƏBƏRLƏR

13 Dekabr 2025