• Bakı C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Berlində 18 nəfər saxlanılıb

DÜNYA

14 Dekabr 2025 | 14:33

Berlində 18 nəfər saxlanılıb

Berlin polisi şənbə günü keçirilən nümayişdən sonra ictimai asayişin pozulması ilə bağlı 18 nəfəri saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli polisin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilib.

Məlumata görə, Berlinin Fridrixshayn rayonunda radikal solçu tərəfdarların nümayişi zamanı baş verən iğtişaşlarda səkkiz polis əməkdaşı xəsarət alıb.

"Hazırkı məqamda ictimai asayişin, Almaniya Cinayət Məcəlləsinin 86a maddəsinin (anti-konstitusion təşkilatların simvollarından istifadənin qadağan olunması) və partlayıcı maddələr haqqında qanunun pozulması ilə əlaqədar 18 nəfəri saxlamağa məcbur olduq", – açıqlamada qeyd olunub.

Hüquq mühafizə orqanlarının məlumatına görə, Almaniyanın paytaxtında keçirilən mitinqdə təxminən min nəfər iştirak edib, təhlükəsizliyi isə 500 polis təmin edib. Gecəyə yaxın nümayişçilər aqressiv davranmağa başlayaraq polislərə butulkalar, fişənglər atıb və qadağan olunmuş təşkilatların şüarlarını səsləndiriblər.


SON XƏBƏRLƏR

13 Dekabr 2025