Binə Ticarət Mərkəzində saatlardır elektrik enerjisinin kəsildiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, soyuq hava və qaranlıq səbəbindən mağaza sahibləri obyektləri erkən bağlamaq məcburiyyətində qalıb.
Əldə etdiyimiz məlumata görə, ticarət mərkəzinin yaxınlığında yerləşən 35 kV-lıq transformator partlayıb.
Nəticədə ticarət mərkəzinə elektrik verilişində fasilə yaranıb.
Hazırda problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən işlər aparılır.
***
17:45
Binə Ticarət Mərkəzi işıqsız qalıb. Dükanlar telefon işığı ilə işləyirlər.
Bakıvaxtı.az xəbər verir ki, səbəb tramsformatorun partlamasıdır.
Dükan sahibləri deyirlər ki, təzəlikcə hər sahibkardan yeni transformator üçün 150 manat yığıblarmış. Gün ərzində də işıq veriləcəyi gözlənilmir./Musavat.com
Bakı 



