Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstanın Baş naziri Viktor Orbanı "Rusiyanın ən qiymətli dondurulmuş aktivi" adlandıran Ukraynanın xarici işlər naziri Andriy Sibiqanı tənqid edib.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Orbanın müharibə ilə bağlı fikirlərini tənqid etmişdi.
Belə ki, Orban Macarıstanın fikirlərini heçə sayaraq Avropa İttifaqı liderlərinin Rusiya aktivlərini müsadirə etmək qərarının "bütün qanunvericiliyi pozduğunu və müharibə elanı hesab edilə biləcəyini" bildirib. Sibiqa isə bu fikirlərdən sonra Orbanı "Rusiyanın ən qiymətli dondurulmuş aktivi" adlandırmışdı.
"Xahiş edirəm başa düşün: bu sizin müharibənizdir, bizim yox!" - deyə Siyarto öz növbəsində ukraynalı nazirə irad bildirib.
Bakı 



