• Bakı C

    0.36 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Orban: Rusiya aktivlərinin müsadirə edilməsi Aİ üçün gözlənilməz nəticələrə səbəb olacaq

DÜNYA

14 Dekabr 2025 | 17:18

Orban: Rusiya aktivlərinin müsadirə edilməsi Aİ üçün gözlənilməz nəticələrə səbəb olacaq

Dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi Avropa İttifaqı (Aİ) üçün gözlənilməz nəticələrə səbəb olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Aİ ölkələrinin Rusiyanın aktivlərini bloklamaq və Ukraynaya hərbi yardım üçün istifadə etmək cəhdlərinə cavab olaraq verib.

"Belə bir addımın nəticələri ilk baxışdan göründüyündən daha ciddi olacaq. Bu, iqtisadi məsələ kimi görünür, amma elə deyil. Bu, müharibəyə girmək üçün birbaşa addımdır", - hökumət başçısı bildirib.

Orbanın sözlərinə görə, bu, hətta İkinci Dünya Müharibəsi zamanı belə baş verməyib. Baş nazir vurğulayıb ki, Rusiyanın valyuta ehtiyatlarının ələ keçirilməsi və sonradan Rusiya ilə müharibə aparan tərəfə kömək etmək üçün istifadə edilməsi müharibə elanıdır.
 


SON XƏBƏRLƏR

14 Dekabr 2025