Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda Respublikaçılar Partiyasının namizədi Xose Antonio Kast qalib gəlib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumatda bildirilib ki, o, səslərin 58,2 faizini toplayaraq 16 xal fərqlə rəqibini üstələyib.
Hakim koalisiyanın namizədi Jannett Xara məğlubiyyəti qəbul edərək Kastı təbrik edib və demokratiyaya hörmət çağırışı edib.
Prezident Qabriel Boric də nəticələri tanıyaraq hakimiyyətin nizamlı və hörmətli şəkildə təhvil veriləcəyini bildirib.
ABŞ Dövlət Departamenti Kastı təbrik edərək, onun rəhbərliyi dövründə ictimai təhlükəsizlik, miqrasiya və ticarət sahələrində əməkdaşlığın mümkünlüyünü vurğulayıb.
Əli Hüseynov
Bakı 


