• Bakı 21° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Koşta: İranın nüvə silahı hazırlamasına icazə vermək olmaz

DÜNYA

16 Iyun 2025 | 11:53

Koşta: İranın nüvə silahı hazırlamasına icazə vermək olmaz

Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta İranın nüvə silahına sahib olmamasına dair əminliyini ifadə edib.

Bakıvaxtı.az “İnterfaksa” istinadən xəbər verir ki, A.Koşta bunu bazar ertəsi Kanadada "Böyük yeddilik" sammitinin açılışında bəyan edib.

O bildirib ki, Tehranı bundan imtina etməyə diplomatik yolla inandırmaq lazımdır: "Biz Yaxın Şərqdə səylərimizi artırmalıyıq. İrana nüvə silahı hazırlamağa icazə verilməməlidir. Bu məsələ diplomatik vasitələrlə həll edilməlidir".

A.Koşta, həmçinin Ukrayna ətrafındakı vəziyyəti şərh edib: "Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üçün kollektiv qətiyyətimizin kursuna sadiq qalmalı, Birləşmiş Ştatların rəhbərliyi altında sülh səylərinə kömək etməliyik".


SON XƏBƏRLƏR

15 Iyun 2025