• Bakı 22° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Konqo DR-də leysan yağışları - 29 ölü

DÜNYA

16 Iyun 2025 | 09:12

Konqo DR-də leysan yağışları - 29 ölü

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada həftəsonu leysan yağışlar nəticəsində azı 29 nəfər ölüb.

Bakıvaxtı.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli iqtidar orqanları məlumat veriblər.

Quraqlıq mövsümündə yağan leysan yağışlar şəhərə ciddi ziyan vurub, yolları su basıb, infrastrukturu sıradan çıxarıb və kütləvi elektrik və su kəsintilərinə səbəb olub.

Kinşasa qubernatoru Daniel Bumba əhalinin təxliyəsi və müvəqqəti yerləşdirilməsi üzrə işlərin aparıldığını bildirib, o, yerli sakinləri qabaqlayıcı tədbirlər görməyə çağırıb.

Meteoroloji xidmətin məlumatına görə, hazırda KDR-də quraqlıq mövsümü müşahidə olunsa da, yağıntıların miqdarı 90 mm-ə çatıb ki, bu da son zamanlar ilin bu vaxtı üçün ən yüksək göstəricidir. KDR-də yağış mövsümü adətən noyabrdan maya qədər davam edir.

Proqnozlara görə, güclü yağışlar növbəti günlərdə də davam edəcək.


SON XƏBƏRLƏR

15 Iyun 2025