• Bakı 34° C

    6.15 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

DÜNYA

15 Iyul 2025 | 23:56

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı “sabitliyi pozan fəaliyyətlərə” görə doqquz şəxsə və altı təşkilata qarşı yeni anti-Rusiya sanksiyaları tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilir.

Sanksiyalar Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsini, BRİKS Jurnalistləri Assosiasiyasını, Geosiyasi Ekspertiza Mərkəzini və Baltik Donanmasının 841-ci Xüsusi Elektron Müharibə Mərkəzini hədəf alıb. Bundan əlavə, sanksiya siyahısına bir neçə hərbçi, Avstraliya və Rusiya vətəndaşlığı olan bir bloger və iki Moldova vətəndaşı daxil edilib.

Bundan əlavə, 2021-ci ilin martında Yevgeni Priqojin tərəfindən təsis edilmiş Ədalətsizliklə Mübarizə Fondu da avropalıların hədəfinə düşüb. Təşkilat Ukrayna və Fransaya qarşı çoxsaylı informasiya əməliyyatlarında iştirak edib, xüsusən də fransız hərbçilərini Nigerdən uşaqları qaçırmaqda ittiham edən kampaniyaya başlayıb.

Aİ-nin sanksiyalarına məruz qalan siyahıda olan şəxslərin Aİ-yə üzv dövlətlərə səfərləri qadağan edilib. Sanksiyalara Aİ-dəki aktivlərin dondurulması daxildir.


SON XƏBƏRLƏR

15 Iyul 2025