• Bakı 20° C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Elçin Məsiyev Portuqaliya millisinin oyununa təyinat aldı

İDMAN

16 Iyun 2025 | 15:55

Elçin Məsiyev Portuqaliya millisinin oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan – Portuqaliya oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya – İngiltərə (1:3) görüşünü idarə edib.


SON XƏBƏRLƏR