Xəbər verdiyimiz kimi, “Karvan” Futbol Klubuna yeni baş məşqçi təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, Komandanın sükanı arxasına təcrübəli mütəxəssis Azər Həşimov gətirilib.
"Qara-ağların" yeni funksioneri kimdir?
Əldə etdiyimiz məlumata görə, Azər Həşimov futbola Mingəçevirin uşaq futbol məktəbində başlayıb, uzun illər həm oyunçu, həm də məşqçi kimi Azərbaycan futboluna xidmət göstərib. O, 1999-cu ildən “Ulduz” Mingəçevir klubunda futbola başlayıb, sonrakı illərdə “Ədliyyə”, “Energetik”, “Qəbələ”, “Şəmkir”, MOİK və “Neftçala” kimi komandaların heyətində çıxış edib. Məşqçilik fəaliyyətinə isə “Lökbatan” klubunda start verən Həşimov, burada komandaya uğurlar qazandırıb.
Əli Hüseynov