Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirində iştirak edəcək MMA döyüşçüsü Rafael Fiziyev “Qarabağ”ın düşərgəsinə baş çəkib.
Bu barədə Bakıvaxtı.az-a Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.
“Bu, UFC-nin təşəbbüsü ilə həyata keçib. Rafael Fizyiev gəlib düşərgəni ziyarət etdi, baş məşqçi Qurban Qurbanovla söhbətləşdi, müəyyən fikir mübadiləsi apardılar. Görüş qısa oldu. Sonda Qurban Qurbanov ona “11” nömrəli imzalı forma hədiyyə etdi. Fiziyev isə baş məşqçiyə imzalı əlcək hədiyyə verdi” - deyə, A.Hacıyev bildirib.
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Azərbaycan idmançısı Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək.