• Bakı 20° C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Dünya çempionatı: Cüdoçumuz yarımfinalda

İDMAN

16 Iyun 2025 | 17:30

Dünya çempionatı: Cüdoçumuz yarımfinalda

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında yarımfinala vəsiqə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub.

Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini üstələyib. Z.Tçkayev yarımfinalda Arslonbek Tojiyev (Özbəkistan) - Timur Arbuzov (İJF) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.


SON XƏBƏRLƏR