İsrailin hərbi əməliyyatının məqsədi İran İslam Respublikasının siyasi rəhbərliyini uzaqlaşdırmaq deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İsrailin Rusiyadakı səfiri Simona Qalperin deyib.
“Məqsəd rejim dəyişikliyi deyil. Siyasi hakimiyyət məsələsini İran xalqı həll etməlidir”, - o bildirib.
Səfir həmçinin qeyd edib ki, İsrail əməliyyat üçün son tarix və məhdudiyyət tətbiq etmir.
Qeyd edək ki, İsrail 13 iyun səhər saatlarından İrana zərbələrə başlayıb. İndiyə qədər İranda 224 nəfər ölüb, 1227 nəfər yaralanıb. Ölənlər arasında yüksək rütbəli hərbçilər və nüvə alimləri də var.
İranın cavab zərbələri nəticəsində İsraildə 24 nəfər ölüb, 287 nəfər yaralanıb.