İraq şimal şəhəri Mosulda 11 il əvvəl İŞİD-in hücumları və dağıntıları fonunda bağlanmış hava limanının fəaliyyətini bərpa edib.
Bakıvaxtı.az-ın “Aljazeera”ya istinadən verdiyi məlumata görə, limanın açılışını İraq Baş naziri Məhəmməd Şia əl-Sudani elan edib.
"Hava limanı Mosul ilə digər İraq şəhərləri və regional təyinat məntəqələri arasında əlavə əlaqə həlqəsi olacaq", - Baş nazirin mətbuat xidməti onun sözlərinə sitat gətirib.