• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Çin İrana qarşı sanksiyaların aktivləşdirilməsinin əleyhinədir

DÜNYA

15 Avqust 2025 | 16:25

Çin İrana qarşı sanksiyaların aktivləşdirilməsinin əleyhinədir

Çin Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının sanksiyaların tətbiqi mexanizmini aktivləşdirmək cəhdlərinə qəti şəkildə qarşı çıxır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin XİN-in nümayəndəsi Lin Cian bildirib.

O vurğulayıb ki, Pekin həmişə İranın nüvə probleminin sülh və diplomatik yolla həllində israr edib. Nümayəndənin sözlərinə görə, sanksiyaların tətbiqi tərəflər arasında etimadı gücləndirməyə və fikir ayrılıqlarını aradan qaldırmağa kömək etməyəcək, əksinə, danışıqların bərpası üçün diplomatik səylərə mane olacaq.

"Hazırkı məqamda Təhlükəsizlik Şurasının hər bir addımı yeni sazişlə bağlı danışıqlara kömək etməlidir", - diplomat qeyd edib.


SON XƏBƏRLƏR