• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Ərdoğanın müşaviri: Rusiya-Ukrayna müharibəsi başa çatmalıdır

DÜNYA

08 Yanvar 2026 | 09:45

Ərdoğanın müşaviri: Rusiya-Ukrayna müharibəsi başa çatmalıdır

Ankara Rusiya ilə Ukrayna arasındakı müharibənin ədalətli, davamlı və hərtərəfli sülh müqaviləsi ilə tez bir zamanda başa çatmasını istəyir.

Bakıvaxtı.az Ukrinform-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç bildirib.

O, Parisdə keçirilən “İstəklilər Koalisiyası”nın milli təhlükəsizlik müşavirlərinin görüşündə Türkiyənin diplomatik və humanitar öhdəliklərini qətiyyətlə davam etdirdiyini vurğulayıb.

Kılıçın sözlərinə görə, Ankara bölgədə sabitliyin bərpası üçün fəal vasitəçilik səylərini sürdürür. İclasdan sonra XİN rəhbəri Hakan Fidan da müharibənin sonunun yaxın olduğunu açıqlayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Yanvar 2026