• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Xocavənddə metal yığan şəxslər polisə tabe olmadı - Saxlanıldılar

HADİSƏ

08 Yanvar 2026 | 08:54

Xocavənddə metal yığan şəxslər polisə tabe olmadı - Saxlanıldılar

Xocavənd rayonunda qanunsuz olaraq metal yığan şəxslər polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıblar.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, 21 yaşlı A.Zalov və onun əmisi Sabit Zalov Xocavənd rayonunun Çartaz kəndi ərazisində xidmət aparan polis əməkdaşlarının avtomobilə baxış tələbinə tabe olmayaraq səs-küy salıb, ictimai qaydanı pozublar.

Araşdırma zamanı nəqliyyat vasitəsinin yük və salon hissəsində təxminən 350 kiloqram alüminium metal listləri aşkar edilib.

Polis əməkdaşları şübhəli şəxsləri saxlayan zaman Sabit Zalov hadisə yerindən qaçıb. A.Zalov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmədə təqsirləndirilən şəxs A.Zalov əməlini etiraf edərək yüngül cəza verilməsini xahiş edib.

Xocavənd Rayon Məhkəməsi polis əməkdaşlarının qanuni tələbinə tabe olmama faktı ilə bağlı qərar çıxarıb.

Məhkəmənin qərarına əsasən, A.Zalov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Digər şəxs Sabit Zalov da sonradan saxlanılaraq məsuliyyətə cəlb edilib.


SON XƏBƏRLƏR

08 Yanvar 2026