• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Narkotik və odlu silah satan şəxs həbs olundu

HADİSƏ

08 Yanvar 2026 | 10:00

Narkotik və odlu silah satan şəxs həbs olundu

Tərtərdə narkotik vasitə və odlu silah satan şəxs həbs olunub.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb. Ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. Q.Əhmədov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.


SON XƏBƏRLƏR

08 Yanvar 2026