ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsinin hazırlanmasını dəstəkləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublikaçı senator Lindsi Qrem öz “X” hesabında məlumat verib.
"Bu gün prezident Donald Trampla bir sıra məsələlər üzrə çox məhsuldar görüşdən sonra o senator Riçard Blumental və bir çox başqaları ilə birlikdə üzərində uzun aylardır işlədiyim Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsini dəstəklədi", - Qrem bildirib.
Bakı 




