ABŞ Prezidenti Donald Tramp ABŞ-nin artıq Amerika maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan çıxmasını tələb edən bir sərəncam imzalayıb. Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial media platformasında məlumat yayınlanıb. Məlumatda qeyd oklunur ki, həmin təşkilatlardan 31-i BMT ilə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) ilə əlaqəlidir. Beləliklə, Vaşinqton qlobal iqlim əməkdaşlığından uzaqlaşmağa davam edir. Dövlət Departamentinin açıqlamasında deyilir: "Tramp administrasiyası bu qurumları lazımsız, pis idarə olunan, baha başa gələn, səmərəsiz, məqsədlərimizə zidd olan və ya millətimizin suverenliyinə, azadlıqlarına, ümumi rifahına təhdid yaradan aktyorlar tərəfindən istifadə edilən hesab edib".
Administrasiya artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyi (UNRWA), Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası və UNESCO kimi qurumlara dəstəyini dayandırıb. Beləliklə, BMT-yə verdiyi töhfələrə daha seçici yanaşma tətbiq edib. D.Trampın gündəliyinə uyğun hesab etdiyi əməliyyatları və qurumları, eləcə də artıq ABŞ-nin maraqlarına xidmət etməyənləri seçib. Beynəlxalq Böhran Qrupunun Birləşmiş Millətlər Təşkilatının analitiki Daniel Forti bildirib:
"Biz Amerikanın çoxtərəfliliyə yanaşmasının kristallaşmasının şahidi oluruq və bu yanaşma « ya mənim yolumdur, ya da heç nə » deməkdir. Vaşinqtonun diktə etdiyi beynəlxalq əməkdaşlıq çox aydın bir vizyondur".
Bəzi analitiklər isə hesab edirlə ki, D.Trampın bu addımı avtoritar və elm əleyhinə olan administrasiyanın əhalinin rifahını qurban vermək və beynəlxalq əməkdaşlığı pozmaq əzmində olduğunun daha bir əlamətidir".
Aydın Baxış
Bakı 




