Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya ilə ticarət həcmini 10 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.
Bakıvaxtı.az TRT-yə istinadən xəbər verir ki, Ankara və Kuala Lumpur arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası zamanı tərəflər müdafiə sənayesi, sərbəst ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Ərdoğan Malayziyanın ASEAN regionunda Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayaraq, birgə layihələrin sayının artdığını qeyd edib.
Görüşdə təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin dərinləşdirilməsi, həmçinin Qəzza məsələsi kimi beynəlxalq proseslərin birgə izlənməsi də müzakirə olunub.
Tərəflər ümumilikdə 7 sənəd imzalayaraq strateji əməkdaşlığın ilk mərhələsini rəsmən başladıb.
Əli Hüseynov
Bakı 




