Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hava şəraitindən asılı olaraq yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarının operativ məlumatlandırılmasını təmin edəcək.
Bakı 




