• Bakı 27° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Kansler: Rusiya Ukrayna ilə atəşkəsə razılıq vermək imkanı əldə edib

DÜNYA

15 Avqust 2025 | 15:58

Kansler: Rusiya Ukrayna ilə atəşkəsə razılıq vermək imkanı əldə edib

Beynəlxalq hüququ pozaraq Ukraynaya hücum etdikdən üç il yarım sonra Rusiya bu gün atəşkəsə razılıq vermək və döyüş əməliyyatlarını dayandırmaq imkanı əldə edib.

“Report” xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts “X” hesabında yazıb.

"Biz Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın danışıqlar təklifinə ciddi yanaşacağını və Alyaskadakı görüşdən sonra Ukrayna ilə heç bir şərt qoymadan dialoqa başlayacağını gözləyirik. Ukraynanın güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Ərazi məsələləri yalnız ukraynalıların razılığı ilə həll edilə bilər", - kansler bildirib.

O əlavə edib ki, Tramp bu təşəbbüsə və son günlərdəki sıx koordinasiyaya görə təşəkkürə layiqdir. "Avropalı tərəfdaşlarımızla son danışıqlarımız zamanı ona davamlı dəstəyimizə dair təminat verdik", - Merts qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gün Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.


SON XƏBƏRLƏR