Pakistanda daşqından əziyyət çəkən bölgəyə xilasetmə işləri aparmaq üçün ezam olunan heyət helikopter qəzasına düşüb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan 5 nəfərin hamısı həyatını itirib.
Hadisə ölkənin Hayber-Paxtunxva vilayətində baş verib.
Qəzaya əlverişsiz hava şəraiti səbəb olub.