İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə Prezident sarayının yaxınlığına zərbə endirib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Bundan öncə isə İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirmişdi.
Mənbə qeyd edir ki, İsrail hazırda öz qoşunlarını Suriya ilə sərhəd bölgəsinə cəmləyir.