Tehrana yeni hücum dalğası ilə bağlı xəbərlərlə yanaşı, İsrail ordusu Livana yeni zərbə endirdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat Livanın cənubundakı Hola şəhərinin kənarında həyata keçirilib.
Qeyd edilib ki, məqsədi radikal "Hizbullah" təşkilatının silahlı qanadının üzvünü məhv etmək olub.