• Bakı 22° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi - FOTO - YENİLƏNİB

SİYASƏT

16 Iyun 2025 | 10:58

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi - FOTO - YENİLƏNİB

"Partiya sədri səlahiyyətlərinin icrasının sədr müavini Qiyas Sadıqova həvalə olunması içində olduğum digər bir siyasi prosesdə iştirakımla bağlıdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) qurucusu Pənah Hüseyn deyib.

    O bildirib ki, hələki, formal olaraq AXP-nin sədri vəzifəsində qalır:

    "Mən hələki, partiyamızın sədri olaraq qalıram. Bir daha qeyd edirəm ki, bu addım istefa anlamına gəlmir və sadəcə olaraq içərisində olduğum prosesdə fəal iştirak etmək məqsədilə atılıb. Yeni sədrin seçilməsinə gəlincə, nizamnaməyə uyğun olaraq, bu, partiyanın qurultayında həll olunması nəzərdə tutulan məsələdir" - deyə, Pənah Hüseyn deyib.

    ***

    10:24

    Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə o sosial şəbəkədəki hesabında yazıb.

    Bildirib ki, sədr səlahiyyətlərinin müvəqqəti icrası sədrin müavini Qiyas Sadıqova həvalə olunub.


    SON XƏBƏRLƏR

    15 Iyun 2025