• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ərdoğandan İran-İsrail gərginliyi barədə: Buna hazırıq!

DÜNYA

16 Iyun 2025 | 20:26 | Müəllif: Subhan Mahmudov

Ərdoğandan İran-İsrail gərginliyi barədə: Buna hazırıq!

Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.

O bildirib ki, rəsmi Ankara hərbi gərginliyi dayandırmaq üçün ciddi diplomatik səylər ortaya qoyur.

Ərdoğan həmçinin söyləyib ki, o, bu məqsədlə müxtəlif ölkələrinin liderləri ilə danışıb.

"Problemin həlli diplomatiya və dialoq yolu ilə mümkündür. İrana hücum təkcə İrana aid olan hadisə deyil", - dövlət başçısı əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026