• Bakı 22° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Musiala klublararası dünya çempionatının tarixinə düşüb

İDMAN

16 Iyun 2025 | 11:13

Musiala klublararası dünya çempionatının tarixinə düşüb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musiala klublararsı dünya çempionatında Yeni Zelandiya təmsilçisi "Oklend Siti" ilə (10:0) matçdan sonra yarışın tarixinə düşüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klublararası dünya çempionatının yenilənmiş formatında ilk het-trik müəllifi olub.

Musiala həmçinin, yarış tarixində bunu reallaşdıran üçüncü futbolçu ünvanına sahib çıxıb.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçiyə qədər Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldu və Uels millisinin sabiq futbolçusu Qaret Beyl klublararası dünya çempionatında bir oyunda üç qola imza atmağı bacarmışdı.


SON XƏBƏRLƏR

15 Iyun 2025