• Bakı 22° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Həftəsonu Bayraq Meydanında növbəti avtoşou

İDMAN

15 Iyul 2025 | 21:06

Həftəsonu Bayraq Meydanında növbəti avtoşou

İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Caspian Event Organisers” ilə birgə əməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night) adlı yarış, kartinq çempionatı və drift şou keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Bayrağı Meydanında baş tutacaq tədbirdə yüksək sürət, iti manevrlər və gərgin rəqabət ilə yaddaşlarda qalan Amerikanın US Legend Cars yarışları olacaq.

Bu avtomobillər yarış meydanında mübarizə apararaq izləyicilərə maraqlı anlar bəxş edəcək.

Kartinq çempionatında isə 12-15 yaş arası ən istedadlı və sürətli pilotlar ictimaiyyət qarşısında avtoidman sahəsində ustalıqlarını nümayiş etdirəcək. Çempionat həm uşaqlar üçün unudulmaz bir təcrübə, həm də valideynlər və azarkeşlər üçün hədsiz əyləncə vəd edir.

Yerli idmançıların iştirakı ilə təqdim ediləcək drift şou isə həmin axşamın dinamikasını daha da artıracaq.

Bayraq Meydanında istirahət və əyləncə zonaları da fəaliyyət göstərəcək.

Həyəcan və əyləncə ilə dolu unudulmaz yarışın şahidi olmaq istəyənlər biletləri iTicket.az saytından əldə edə bilər.

 


SON XƏBƏRLƏR

05 Iyun 2026