• Bakı 23° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Avropa Superkuboku 4 komandalı formata keçir

İDMAN

13 Avqust 2025 | 22:47

Avropa Superkuboku 4 komandalı formata keçir

Avropa Superkubokunun formatı və keçirilmə yeri dəyişə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasındakı oyunun növbəti mövsümdə Avropadan kənarda baş tutması gündəmə gəlib. UEFA Superkubokun formatlaşdırılması məsələsini hələ 2022-ci ildə qaldırıb. İki yarımfinal və bir final oynayacaq yeni turnirdə dörd klubun iştirak edəcəyi güman edilir.

UEFA Superkuboku Avropadan kənarda dörd komandalı turnirə çevrilə bilər. Variantlar arasında ABŞ və Yaxın Şərq var.

Qeyd edək ki, bu gün keçiriləcək finalda Çempionlar Liqasının çempionu PSJ ilə Avropa Liqasının qalibi "Tottenhem" arasında oynanılacaq.


SON XƏBƏRLƏR

13 Avqust 2025