"Fənərbağça"nın (Türkiyə) sabiq baş məşqçisi Joze Mourinyo yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.
Bakıvaxtı.az "TEAMtalk"a istinadən məlumat verir ki, portuqaliyalı mütəxəssis "Lids" klubunun baş məşqçi postuna namizədlər sırasında yer alıb.
Həmçinin onun həmyerlisi Nunu Eşpiritu Santu da sözügedən posta namizəddir. Klub rəhbərliyi bu mütəxəssisləri komandanın hazırkı baş məşqçisi 48 yaşlı Daniel Farkenin potensial əvəzləyicisi kimi görür.
Qeyd edək ki, J.Mourinyo bir neçə gün öncə "Fənərbağça"dan, N.Eşpiritu Santu isə "Nottingem Forest"dən (İngiltərə) göndərilmişdi. Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Tottenhem" və "Mançester Yunayted"i də çalışdırıb. "Lids"Premyer Liqanın turnir cədvəlində üç turdan sonra 4 xalla 12-ci yerdədir.