• Bakı 22° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İsrail İran generallarını necə öldürdü... - SİYAHI +FOTOLAR

DÜNYA

16 Iyun 2025 | 09:34

İsrail İran generallarını necə öldürdü... - SİYAHI +FOTOLAR

İyunun 13-də səhər saatlarında İsrail və İran arasında genişmiqyaslı toqquşma başlayıb. Ekspertlər hadisələri hələlik müharibə adlandırmağa tələsməsə də, hücumlar hər iki tərəfdən çoxsaylı insan tələfatı və geniş dağıntılarla nəticələnib.

Qarşılıqlı hava hücumları ardıcıl üç gündür ki, davam edir. İsrail hakimiyyəti bəyan edib ki, əməliyyat yalnız Fordoda yerləşən yeraltı uranın zənginləşdirilməsi zavodunun dağıdılması ilə başa çatacaq, lakin İran qisas almağa davam edərsə, onun paytaxtı "xəritədən silinəcək". Bəzi ekspertlər İsrailin daha geniş məqsədləri olduğunu, buna görə da toqquşmanın daha uzun müddət davam edəcəyini bildirir.

Müharibənin ilk günlərində İsrail İranın yüksək vəzifəli hərbçilərinə hücum edib, onlarla general həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, İsrailin hücum edəcəyi barədə ehtimallar hələ iyunun əvvəlindən yayılmağa başlayıb. Qərb mətbuatı ABŞ rəsmilərinə istinadən İsrailin tezliklə hücuma başlayacağını yazıb.

İranın ali rəhbərliyi İsrailin hücumunu istisna etməyib. Buna baxmayaraq İran rəsmiləri Qərb mətbutına deyib ki, heç kim əməliyyatın iyunun 15-nə planlaşdırılan ABŞ-İran danışıqlarının yeni raundu ərəfəsində başlayacağını gözləməyib.
Mənbələr deyir ki, gözlənilən danışıqlar İran hərbi rəhbərlərinin iyunun 13-nə keçən gecə sığınacaqlarda deyil, paytaxtdakı evlərində yatmağa qərar vermələrinə səbəb olub.

Ancaq bu, yeganə səhv hesablama deyil. İsrail əməliyyatının ilk saatlarda İran Hərbi Hava Qüvvələrinin komandirləri cavab tədbirləri planlaşdırmaq üçün yeraltı bunkerdə toplaşıblar. Lakin İsrail kəşfiyyatı görüş yerini müəyyən edib və Hərbi Hava Qüvvələri oraya zərbələr endirib, bunkerdə olanların hamısı öldürülüb.

Hədəflərin dəqiqləşdirilməsi üçün MOSSAD komandoları İran daxilinə dronlar, partlayıcı yüklər və hətta “booby-trap” texnologiyaları yerləşdirib, hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq hava zərbələrinə hazırlıq görülüb.

İsrailin hücumlarında öldürülən İran hərbi elitasının nümayəndələri aşağıdakılardır:

- Məhəmməd Baqiri - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;

- Hüseyn Salami - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı;

- Əmir Əli Hacızadə - SEPAH Aerokosmik Qüvvələrinin komandanı;

- Qulam-Rza Mehrabi - İran Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi;

- Mehdi Rabbani - Baş Qərargah rəisinin əməliyyatlar üzrə müavini;

- Hatəm-Qulaməli Rəşid - İran İslam İnqilabı Keşikçiləri Korpusunun Fövqəladə Hallar üzrə Qərargah rəisi;

- Məhəmməd Kazemi - SEPAH kəşfiyyatının rəhbəri;

- Həsən Mohaqeq - SEPAH Kəşfiyyat rəhbərinin müavini;

- Taher-Fur - Dron qərargahının komandiri;

- Davud Şeyxian - hava hücumundan müdafiə qərargahının komandiri;

- İsmail Qaani - SEPAH-ın Qüds Qüvvələrinin komandanıdır;

- Əli Şamxani - keçmiş müdafiə naziri və İranın ali dini liderinin baş siyasi müşaviridir.

- Fereydun Abbasi - Nüvə mühəndisi və İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri;

- Məhəmməd Mehdi Tehrançi - nüvə fiziki;

- Əkbər Mötələbi-Zadə - kimya mühəndisliyi üzrə ekspert;

- Said Barji materialşünas;

- Əmir Həsən Fəhahi - nüvə fiziki;

- Əbdül-Həmid Minuçehr - nüvə fiziki;

- Mənsur Əsgəri - nüvə fiziki;

- Əhməd Rza Zülfüqari Dəryani - nüvə mühəndisi;

- Əli Bahouei Katirimi fizik və mexanika üzrə mütəxəssis.


SON XƏBƏRLƏR

15 Iyun 2025