• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

ABŞ-dən Putinə ultimatum: “Nə baş verəcəyini get Xameneidən soruş!” - FOTO

DÜNYA

16 Iyul 2025 | 09:16

ABŞ-dən Putinə ultimatum: “Nə baş verəcəyini get Xameneidən soruş!” - FOTO

 

ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem Prezident Donald Trampın Rusiyaya qarşı elan etdiyi 50 günlük ultimatumla bağlı olduqca sərt və hədə dolu açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, senator açıq şəkildə bildirib ki, əgər Rusiya Prezidenti Vladimir Putin və onun müttəfiqləri 51-ci gün nə baş verəcəyini bilmək istəyirlərsə, “gedib Ayətulladan soruşsunlar.”

Xatırladaq ki, Tramp administrasiyası vaxtilə İrana da eyni ilə 50 günlük vaxt vermiş və 51-ci gün İran bombalanmışdı.

Senatorun sözləri bu baxımdan birbaşa Putinə ünvanlanmış xəbərdarlıqdır ki, o, İrandan nəticə çıxarsın. Bu, təkcə bir senatorun mövqeyi deyil — Qremin sözləri əslində ABŞ dövlətinin ümumi mesajıdır və artıq bu mesaj Rusiyaya rəsmi şəkildə çatdırılıb.


SON XƏBƏRLƏR