• Bakı 16° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

DSMF dörd ayda 2 milyard 501 milyon manat xərcləyib

CƏMİYYƏT

17 May 2025 | 16:04

DSMF dörd ayda 2 milyard 501 milyon manat xərcləyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 milyon manat) artaraq, 2 milyard 715 milyon manata çatıb.

Bakıvaxtı.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 9 faiz (168 milyon manat) artaraq, 2 milyard 39 milyon manat olub.

Bu ilin dörd ayında DSMF-nin xərcləri isə 2 milyard 501 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (231 milyon manat) çoxdur.


SON XƏBƏRLƏR