• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Londonda üç iranlı qanunu pozmaqda ittiham olunublar

DÜNYA

17 May 2025 | 14:18 | Müəllif: Gülşən Şərif

Londonda üç iranlı qanunu pozmaqda ittiham olunublar

Britaniya prokurorluğu London polisinin terrorla mübarizə bölməsi tərəfindən may ayının əvvəlində saxlanılan üç iranlını Milli təhlükəsizlik haqqında qanunu pozmaqda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Scotland-Yardın bəyanatında deyilir.

Britaniya Prokurorluq Xidməti Londonda yaşayan üç iranlı: 39 yaşlı Mostafa Sepahvand, 44 yaşlı Farhad Cavadi Maneş və 55 yaşlı Şapur Kalehali Hani Nuri barəsində ittihamları təsdiqləyib.

"Bu şəxslər 2024-cü il avqustun 14-dən 2025-ci il fevralın 16-na qədər olan müddətdə xarici kəşfiyyat xidmətinin fəaliyyətinə kömək edə biləcək hərəkətləri həyata keçirməkdə və bununla da Milli təhlükəsizlik haqqında qanunun 3-cü maddəsini pozmaqda ittiham olunurlar", - bəyanatda bildirilib.

Mayın 17-də Londonun Vestminster magistrat məhkəməsi onlar barəsində qətimkan tədbiri ilə bağlı qərar qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026