Paytaxtın Nəsimi rayonunda yerləşən mağazaların birindən 20000 manat oğurlanıb.
Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, öpolis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada satıcı işləyən 34 yaşlı K.Novruzov saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı bir nəfərin 450 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı E.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.