• Bakı 18° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Lənkəranda maşın körpüyə çırpıldı - Xəsarət alanlar var

HADİSƏ

17 May 2025 | 20:42 | Müəllif: Subhan Mahmudov

Lənkəranda maşın körpüyə çırpıldı - Xəsarət alanlar var

Lənkəranda ağır yol-nəqliyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonunun Tütəpeştə kənd sakini 1987-ci il təvəllüdlü Tərlan Rəhimovun idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi körpüyə çırpılıb.

Qəzada sürücü və həmkəndliləri olan sərnişinlər - 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunublar.

Məlumata görə, T. Rəhimov maşını ilə dialez xəstəsi olan anasını xəsətxanaya aparırmış.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026