• Bakı 16° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

“Sumqayıt” kapitanı ilə vidalaşdı

İDMAN

17 May 2025 | 17:13

“Sumqayıt” kapitanı ilə vidalaşdı

“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını bitirib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “kimyaçılar”ın üzvləri Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Turan Tovuz”la oyundan öncə 31 yaşlı yarımmüdafiəçini mükafatlandırıblar.

“Sumqayıt”ın prezidenti Riaf Rəfiyev Mustafayevə xatirə lövhəsi təqdim edib.

Sumqayıt təmsilçisinin futbolçuları ilə kapitana xüsusi hədiyyə veriblər. Hədiyyəni Elvin Bədəlovla Murad Xaçayev təqdim ediblər.

Mustafayev qarşılaşmada topa ilk toxuşu edib.

Qeyd edək ki, Vüqar Mustafayev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşdə cəza səbəbindən iştirak edə bilməyib. Buna səbəb onun ötən tur "Kəpəz"lə matçın 89-cu dəqiqəsində baş vermiş münaqişə zamanı qırmızı vərəqə ilə cəzalanmasıdır.

AFFA İntizam Komitəsi Mustafayevi təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun diskvalifikasiya edib.

Vüqar Mustafayev 2019-cu ildən "Sumqayıt"ın şərəfini qoruyur. O, Azərbaycan milli komandasının heyətində 11 oyunda iştirak edib.


SON XƏBƏRLƏR