• Bakı 16° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Deputat: "Zirvə Görüşünün ən arzuedilən lideri Prezident İlham Əliyev idi"

SİYASƏT

17 May 2025 | 12:20

Deputat: Zirvə Görüşünün ən arzuedilən lideri Prezident İlham Əliyev idi

“Prezident İlham Əliyev Tiranadakı Zirvə Görüşündə əsl lider nümunəsi göstərdi”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Parlamentari qeyd edib ki,  Avropa Siyasi Birliyinin Tiranada keçirilən 6-cı Zirvə Görüşündə Prezident İlham Əliyev mübaliğəsiz olaraq ən çox diqqət çəkən və ən arzuedilən qonaqlardan biri olub. Deputatın sözlərinə görə, Prezidentin bu mötəbər tədbirdəki çıxışı və davranışı, bu gün lider qıtlığı yaşayan Avropa və dünyada əsl liderin necə olması barədə mühüm mesajlar verib:

“Cənab Prezident Zirvə Görüşündə nümayiş etdirdiyi davranışları ilə göstərdi ki, bu gün dünya əsl liderlərə ehtiyac duyur. Belə liderlər beynəlxalq hüquqa söykənən, universal dəyərlərə əsaslanan və qətiyyətli addımlar atmaq bacarığına malik olmalıdır. Prezident İlham Əliyev həm açıq dialoq aparmaq, həm də prinsipial və dəyişməz mövqe sərgiləmək qabiliyyəti ilə bu nümunəni ortaya qoydu".

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

Hikmət Babaoğlu həmçinin vurğulayıb ki, Avropa Siyasi Birliyi ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə olsa da, Avropa Birliyi son illərdə Azərbaycanla bağlı ciddi səhvlərə yol verib:

“Azərbaycan-Ermənistan müharibəsindən sonra Avropa Birliyi beynəlxalq hüququn tələblərinə uyğun davranmalı və Azərbaycanın ərazi bütövlüyünü tanıyan konkret addımlar atmalı idi. Lakin əksinə, onlar işğalçı Ermənistanın yanında dayanaraq, onu dəstəklədilər. Ermənistan ərazisinə qondarma monitorinq missiyası göndərdilər, Avropa Şurasında Azərbaycana qarşı təzyiq göstərdilər. Hətta Fransanın radikal dairələri Ermənistanı silahlandırmağa başladılar. Bu, qəbulolunmazdır".

Millət vəkili qeyd edib ki, Azərbaycanın öz milli maraqlarını qətiyyətlə qoruma siyasəti və Prezidentin liderliyi nəticəsində ölkəmiz beynəlxalq arenada nüfuzlu və prinsipial mövqeyə sahib olub. Bu da bir daha göstərir ki, Azərbaycanın siyasi xətti ədalətə, beynəlxalq hüquqa və milli maraqlara əsaslanır.

Əli Hüseynov


SON XƏBƏRLƏR