• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sabah Roma Papası AND İÇƏCƏK

DÜNYA

17 May 2025 | 20:35 | Müəllif: Subhan Mahmudov

Sabah Roma Papası AND İÇƏCƏK

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun sabah keçiriləcək andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyətinin iştirakı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, mərasimə müxtəlif ölkələrin dövlət və hökumət başçıları qatılacaq. Ukrayna Prezidenti Volodimir Zelenski mərasimdə iştirak etmək üçün sabah Romaya gələcək. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də əsas qonaqlar sırasındadır.

Müqəddəs Pyotr Kilsəsində baş tutacaq mərasimlə Vatikanda Papa XIV Leonun pontifikatı başlayacaq.

Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026