“Ukrayna Prezidenti Volodimir Zelenski dünyada ən yaxşı alverçidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.
O, Ukrayna liderinin bu məsələdə onu geridə qoyduğunu əlavə edib:
“Düşünürəm ki, o, dünyada ən yaxşı alverçidir, məndən daha yaxşıdır. Zelenski Vaşinqtona gəlir və hər dəfə 100 milyard dollar, 500 milyard dollarla gedir. Lakin sonuncu dəfə yalnızca 60 milyard dollar əldə edə bildi. Konqres çox narazıdır. Onlar deyirlər: “Bu pullar hara gedir? Biz sadəcə qəbz, nağd pul göndəririk. Pullar hanı?”.