• Bakı 16° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 %-ə yaxın artıb

CƏMİYYƏT

17 May 2025 | 13:33

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 4 milyard 502,3 milyon manat olub.

Bu barədə  Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 414,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,8 %-ini təşkil edib.

Bu ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 440,1 manatlıq və ya 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə nominal ifadədə 65,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


SON XƏBƏRLƏR