• Bakı 17° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Azərbaycanda istehlak bazarı artıb

CƏMİYYƏT

17 May 2025 | 12:02

Azərbaycanda istehlak bazarı artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 23,7 milyard manat olub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2 % artıb.

Məlumata görə, ümumi dəyərin 77,8 %-ini pərakəndə ticarət dövriyyəsi, 19 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib. 

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 5 % artaraq 22,6 milyard manata bərabər olub, onun 42,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. 

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 578,5 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 53,4 manat çox vəsait xərcləyib.


SON XƏBƏRLƏR

16 May 2025