• Bakı 17° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

“Bakı Ürək Günləri” Konqresində səhiyyənin prioritet istiqamətləri müzakirə olunub

CƏMİYYƏT

17 May 2025 | 12:39

“Bakı Ürək Günləri” Konqresində səhiyyənin prioritet istiqamətləri müzakirə olunub

Ürək-damar xəstəlikləri və narkoloji problemlər əhali arasında ən geniş yayılmış xəstəliklər sırasındadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

O, qeyd edib ki, bu sahənin inkişafı istiqamətində 1993-cü ildə mühüm addımlar atılıb:

“O illəri yaxşı xatırlayıram və şahidi olmuşam ki, Azərbaycanda cərrahiyyə sisteminin bütövlükdə təşkili və inkişafında ulu öndər Heydər Əliyevin fədakar fəaliyyəti əvəzsiz rol oynamışdır”.

Ə. Əmiraslanov bildirib ki, uğurla fəaliyyət göstərən bu sahədə yenidənqurma işləri aparılıb, tibb müəssisələri yeni avadanlıqlarla təchiz olunub, eyni zamanda mütəxəssis hazırlığı sahəsində beynəlxalq əməkdaşlıq qurulub:

“Bu proseslərdə, xüsusilə də qardaş Türkiyə ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Həmin dövrdə Türkiyənin ürək-damar cərrahları ilə birgə belə bir mərkəzin yaradılması və yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb. Qardaş ölkədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə bu sahənin təməli qoyulub və sonradan yerli mütəxəssislərin hazırlanmasına başlanılıb”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

16 May 2025